Hakan Fidan NATO-Ukrayna Şurası iclasında iştirak edəcək

Türkiyə xarici işlər naziri Hakan Fidan dekabrın 3-də Brüsseldə NATO nazirlər toplantısında və sonrasında keçiriləcək NATO-Ukrayna Şurası iclasında yer alacaq.

Teleqraf xəbər verir ki, bu barədə TASS Türkiyə XİN-dəki mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, H. Fidan görüş zamanı Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının zəruriliyini və ədalətli, davamlı sülhün yaradılması üçün şəraitin formalaşdırılmasını vurğulayacaq.

O, həmçinin Türkiyənin sülh prosesinə verdiyi dəstəyi və son hadisələrlə bağlı mövqeyini açıqlayacaq.

Hakan Fidan həmçinin Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyini təsdiqləyəcək.