Heqset iki hərbçinin ölümünün ABŞ-nin qətiyyətini gücləndirəcəyini bildirib

İranın İordaniyaya hücumu zamanı iki hərbçinin ölümü ABŞ-nin İrana qarşı döyüş əməliyyatlarını davam etdirmək qətiyyətini gücləndirir.

APA xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset öz “X” hesabında bildirib.

"Onların fədakarlığı yalnız qətiyyətimizi gücləndirir", - Heqset yazıb.