Hindistan-Pakistan sərhədində güclü atışma baş verib

Hindistan və Pakistan arasındakı təmas xəttində təxminən iki saat davam edən intensiv atışma baş verib.

Sherg.az xəbər verir ki, bu barədə NDTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, insident Cammu və Kəşmir bölgəsinin Racauri sektorunda qeydə alınıb. Hindistan hərbçiləri sərhədi keçməyə cəhd edən silahlı şəxslərin qarşısını aldıqlarını bildiriblər.

Qeyd olunur ki, bu hadisə 2025-ci ilin mayında keçirilən "Sindur" hərbi əməliyyatından sonra atəşkəs rejiminin ilk ciddi pozuntusu hesab olunur.

Xatırladaq ki, Hindistan və Pakistan arasında gərginlik Cammu və Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra kəskinləşmişdi. Bundan sonra Nyu-Dehli Pakistan ərazisində doqquz hədəfə raket zərbələri endirmiş, əməliyyatın yalnız terrorçu infrastrukturuna qarşı yönəldiyini açıqlamışdı.