Hizbullahın Baş katibi Naim Kasım, İsrailin təşkilatın hərbi qanadının lideri Heysəm Əli Təbatəbaiyni öldürməsini “açıq hücum və ağır cinayət” adlandırıb. O bildirib ki, bu sui-qəsd onların mənəviyyatını sarsıda bilməz və cavab vermək üçün uyğun zamanı seçəcəklər.
Sherg.az xəbər verir ki, Kasım, Beyrutda keçirilən anım mərasimində Livanda İsrail casus şəbəkələrinin aktiv olduğunu deyərək, mövcud təhlükələrin fərqində olduqlarını vurğulayıb.
23 noyabrda İsrailin Beyrutun Dahiyə bölgəsinə hava hücumunda Təbatəbai və daha 4 Hizbullah üzvü həlak olmuşdu.