Hollandiya hərbçiləri dronlara atəş açıb

Hollandiya hərbçiləri ölkənin şərqində yerləşən aviabazanın üzərində müşahidə edilən dronlara atəş açıb, lakin dronlar ərazidən uzaqlaşa bilib və onlara aid heç bir qalıq tapılmayıb.

APA xəbər verir ki, bu barədə Hollandiya Müdafiə Nazirliyinin məlumat yayıb.

Müdafiə naziri Ruben Brekelmans bildirib ki, Hollandiyadakı Eyndhoven hava limanı yaxınlıqda bir neçə PUA-nın peyda olması səbəbilə hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.