İlon Maskın dörd övladının anası ondan ayrıldığını açıqladı

İlon Maskın dörd övladının anası onunla ayrıldığını açıqlayıb.

Sherg.az xəbər verir ki, “Neuralink” korporasiyasının top-meneceri Şivon Zilis amerikalı sahibkar İlon Maskla münasibətlərinə son qoyduqlarını açıqlayıb.

“Cəmi bir həftə ərzində və heç bir xəbərdarlıq edilmədən sevgidən ayrılığa keçmək çətindir, amma bəzən belə olur”, - deyə Zilis “X” sosial şəbəkəsində yazıb.

Zilis əlavə edib ki, Mask üçün darıxacaq və onların yaxşı dost və valideyn olaraq qalacaqlarına ümid edir.

“Daily Mail”in yazdığına görə, cütlüyün ayrılmasından sonra Zilisin “Neuralink”də və Maskın digər şirkətlərində tutduğu vəzifələri qoruyub-qorumayacağı məlum deyil.

Ötən ilin martında Zilis Maskdan daha bir oğul dünyaya gətirdiyini açıqlamışdı.