
İndi tənəffüs və pauza vaxtı deyil: Növbəti dünya müharibəsinin qoxusu gəlir -ŞƏRH
09:26 15.09.2025
Dünya
284
Tofiq Abbasov: NATO-nun şərq sərhədləri kifayət qədər güclü müdafiə olunmadığı ortaya çıxdı
BMT sülhpərvər institut kimi təsirini itirib
Polşa Prezidenti Karol Navrotski ölkə ərazisində NATO üzvü olan dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsinə razılıq verən qətnaməni imzalayıb.
Bu barədə məlumatı Polşanın Milli Təhlükəsizlik Bürosu yayıb.
Qeyd olunur ki, sözügedən qərar "Şərq keşikçisi" əməliyyatı çərçivəsində Polşanın müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub. Avropa Birliyi diplomatiyasının rəhbəri Kaya Kallas özünün X səhifəsində yazıb ki, Polşada Rusiyanın hava məkanını pozması müharibə başlayandan bəri Avropada baş verən ən ciddi hadisədir.
Politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, Şərqi Avropada gərginlik getdikcə artır:

"Rusiyanın dronlarının Polşanın hava məkanında olması, bütün bu prosesləri intriqaya çevirib. İlk növbədə Rusiya məsuliyyəti öz üzərinə götürür və bildirir ki, bu dronlar bizdən deyil, hamısı Ukrayna tərəfdən gəlir. Ancaq belə şəraitdə həqiqəti dəqiq müəyyən etmək mümkündür. Peyklər vasitəsilə bütün uçuş aparatlarının hansı nöqtədən qalxdığı, hansı trayektoriyadan hərəkət etdiyi və oturduğu tez müəyyən olunur. Buna görə də, indi söhbət daha çox post-insident vəziyyətindən gedir. Kremlin qazancı burada özünü göstərir: o, özünəməxsus kəşfiyyat apardı. Nəticə etibarilə NATO-nun şərq sərhədləri kifayət qədər güclü müdafiə olunmadığı ortaya çıxdı. Digər tərəfdən, Polşa bu vəziyyətdən istifadə edərək öz potensialını gücləndirməyə çalışır. Hazırda Polşanın ordusu Avropa İttifaqı ölkələri arasında üçüncü yerdədir. Ordunun modernləşdirilməsi, silah sistemlərinin alınması üçün böyük xərclər həyata keçirilir. Buna görə ölkə çox ehtiyatlı və strateji addımlar atır. Əsas məsələ alyansın bu vəziyyətə necə reaksiya verəcəyidir. Bu, NATO üçün bir siqnal, bir çağırışdır. Təşkilat hərbi-siyasi blok olaraq müdafiə sistemi rolunu oynayır, hücum sistemi deyil. Lazım gələrsə, hücum taktikası və strategiyası da yer ala bilər. Lakin NATO və Avropanın ümumi hərbi sistemi hələ tam işlək vəziyyətdə deyil. Gərək alyans rəhbərliyi Rusiyaya minnətdarlığını bildirsin ki, onları ayıldırlar və hərəkətə gəlməyə əsas verirlər. Buna görə də NATO məsələlərə diqqətlə yanaşmalı, onun gələcək strategiyasını müəyyən etməlidir. Hər ölkədə radikal qruplar və quzğunlar mövcuddur. Hazırkı şəraitdə sülh göyərçinləri olsa da, onlar müdafiə mövqeyindədirlər. Məsələn, Şərqi Avropa ölkələri – Slovakiya, Macarıstan – Rusiya ilə münasibətləri sınamaq istəmir. Amma Brüsseldən çağırış olarsa, istər-istəməz reaksiya verməli olacaqlar".
Amalitikin fikrincə, böyük müharibə ehtimalı artmaqdadır:
"Çünki Avropada qərbdə və şərqdədə çoxsaylı münaqişələr mövcuddur. Bəzi ölkələr mərkəzdən uzaqlaşmaq istəyir və aralarında əzəldən gələn ixtilaflar var. Bu prosesləri birləşdirəndə görünür ki, növbəti dünya müharibəsinin qoxusu gəlir. Təəssüf və təəccüb doğuran məqam isə odur ki, BMT əsas sülhpərvər institut kimi münasibət bildirsə də, onun sözünü eşidən yoxdur. İndiki vəziyyətdə yalnız güclü liderlərə ümid qalır. Donald Tramp Avropadan bir qədər uzaqlaşıb. Ağ Evin sahibi onlara deyir ki, öz resurslarınızla hərəkət edin, xərclərinizi qarşılaya bilərsiniz. Polşadakı məsələyə Trampın reaksiyası isə maraqlı və qəribədir. O, Rusiyanı tənqid etmədən, fikir bildirmədən və ya dolayı, ikibaşlı, üçbaşlı bir mövqe nümayiş etdirir. Bəzi Avropa siyasiləri Kremli sərt tənqidlə pisləyirlər. Lakin Tramp göstərir ki, onun mövqeyi tamamilə fərqlidir. Bu yaxınlarda Ankoricdə Tramp və Putin arasında görüş baş tutub. Onlar ümumilikdə dünyanın qlobal gündəliyində olan məsələlərə, həmçinin Qafqaz bölgəsinə münasibət bildiriblər.
Hazırkı şəraitdə bir çox məsələlərin həlli diplomatiyaya bağlıdır. Diplomatlar hərəkətə keçməli, qeyri-adi vasitələrdən istifadə etməlidirlər ki, ümumi vəziyyət nəzarətdən çıxmamasın. Böyük dövlətlər hər bir müsbət təklifə “hə” deyirlər, amma heç də onu icra etməyə hər zaman hazır olmurlar. İndi tənəffüs və pauza vaxtı deyil. Vəziyyətin idarə olunması üçün dərhal hərəkət etmək lazımdır. Bir çox dövlətlərin diplomatik gücü, bacarığı və təsiri bu şəraitdə müəyyən olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil