İngiltərədə də 16 yaşdan aşağı şəxslərə sosial media məhdudiyyəti gəlir

Birləşmiş Krallıqda 16 yaşdan aşağı uşaqlar üçün sosial mediaya qadağa və ya ciddi məhdudiyyət tətbiqi müzakirə olunur. Baş nazir Keir Starmer mövcud qaydaların uşaqları internetin zərərli təsirlərindən qorumadığını bildirərək, yaxın aylarda bu istiqamətdə qərar veriləcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Starmer üç aylıq məsləhətləşmə prosesindən sonra qərar qəbul ediləcəyini deyib. O, tam qadağa ilə bağlı fərqli mövqelərin olduğunu, bəzi qurumların isə bunun uşaqları daha riskli platformalara yönləndirə biləcəyini vurğulayıb.

Hökumət həmçinin avtomatik sürüşdürmə funksiyası və süni intellekt alətlərinin yaratdığı risklərlə bağlı da sürətli addımlar atmağı planlaşdırır. Rəsmilər bu məsələdə Avstraliyanın təcrübəsini də nəzərə almağı düşünürlər.