İran Küveyt, Bəhreyn və İordaniyadakı ABŞ hərbi obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, İran KİV-lərinin məlumatına görə, SEPAH Küveytdəki Əl-Əhmədi limanında ABŞ-a məxsus yanacaq təchizatı obyektini, Bəhreyndəki Şeyx İsa aviabazasını və bir sıra rabitə-kəşfiyyat mərkəzlərini hədəfə alıb.
SEPAH həmçinin İordaniyadakı Əl-Əzraq bazasına raket və PUA hücumu nəticəsində bir neçə hərbi təyyarənin məhv edildiyini iddia edib.
Küveyt iki elektrik stansiyası və su təmizləyici qurğunun zərər gördüyünü, bir neçə yanğınsöndürənin xəsarət aldığını açıqlayıb. İordaniya isə hava məkanına daxil olan dörd pilotsuz uçuş aparatının vurulduğunu bildirib.