Medianın yaratdığı süni informasiya təzyiqinə baxmayaraq, Tehran və Vaşinqton arasında nüvə məsələsi üzrə danışıqlar strukturunun formalaşdırılması davam edir.
Teleqraf xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sosial mediada bildirib.
Laricani öz səhifəsində yazıb: "Mediada süni şəkildə formalaşdırılan müharibə ritorikasının əksinə olaraq, danışıqlar üçün institusional bir strukturun yaranması prosesi irəliləyir".
Bu ərəfədə İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ABŞ ilə nüvə proqramı ilə bağlı müzakirələrə qayıtmağa hazır olduğunu açıqlayıb.
Yanvarın 28-də ABŞ prezidenti Donald Tramp İran nümayəndələrinin nüvə silahı sazişi üzrə danışıqlara razılıq verəcəyinə dair nikbinliyini ifadə etdi .