İran Atom Enerjisi Təşkilatının məlumatına görə, İsrail və ABŞ Natanzdakı uran zənginləşdirmə kompleksinə hücum edib. Hücumdan sonra radiasiya sızıntısı baş verməyib.
Sherg.az xəbər verir ki, ABŞ və İsrailin İslam Respublikasına qarşı əməliyyatı artıq üçüncü həftəsini tamamlayır və tərəflər qarşılıqlı zərbələr endirirlər. Tel-Əviv bu hücumları Tehranı nüvə silahına malik olmaması üçün həyata keçirdiklərini bildirib. Vaşinqton isə ölkənin hərbi potensialını məhv etməklə hədələyib və vətəndaşları rejimi devirməyə çağırıb.
İran isə müdafiəyə hazır olduğunu vurğulayıb və hazırda danışıqları bərpa etməkdə mənasını görmür.