İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin 5 İran tankerinə hücumuna cavab olaraq Hörmüz boğazında ABŞ-yə məxsus 2 gəmi, 8 tanker və daha 10 gəminin hədəfə alındığını açıqlayıb.

Sherg.az xəbər verir ki, bu barədə İranın yarı-rəsmi “Mehr” xəbər agentliyi İnqilab Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr bölməsinə istinadən məlumat yayıb.

Açıqlamada ABŞ-yə məxsus 2 gəmi və 8 tankerin hücum nəticəsində ağır zərər gördüyü bildirilib. Bundan əlavə, ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazındakı “qadağan olunmuş ərazidən” keçməyə çalışan 10 gəminin də hədəfə alındığı qeyd edilib.

İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazına nəzarət və müşahidənin onun donanmasının əlində olduğunu vurğulayıb.