Yer kürəsi kosmik fəzanın təlatümlü bölgəsindən keçir. Bu proses Günəş küləyinin parametrlərinin artması ilə müşayiət olunur.
Day.Az xəbər verir ki, bu barədə Günəş Astronomiyası Laboratoriyası (XRAS) məlumat yayıb.
Alimlərin bildirdiyinə görə, Günəş küləyinin güclənməsinə baxmayaraq, hələlik maqnit qasırğası qeydə alınmayıb.
Xüsusilə Yerə yaxın kosmik fəzada plazmanın temperaturu təxminən 30 min dərəcədən 200 min dərəcəyədək yüksəlib. Bundan əlavə, planetin gecə saatlarında Günəşdəki tac dəliyindən yayılan plazma axınının təsirinə düşəcəyi gözlənilir.
Astrofiziklər bildirirlər ki, tac dəliyi kifayət qədər böyük ölçülərə malikdir. Buna görə də onun kosmik havaya təsiri daha 2-3 gün davam edə bilər.