İran cümə axşamı axşam saatlarında ABŞ və Böyük Britaniyanın birgə istifadə etdiyi Dieqo Qarsiya hərbi bazasına iki ballistik raket atıb.
Bu barədə "The Wall Street Journal" bir neçə amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Raketlərdən biri uçuş zamanı mühərrikində yaranan nasazlıq səbəbindən düşüb, digəri isə ABŞ hərbi gəmisi tərəfindən vurulub.
Dieqo Qarsiya adası İrandan təxminən 4000 kilometr məsafədə yerləşir ki, bu da İran raketlərinin maksimum 2000 km uzaqlıqdakı hədəfləri vura biləcəyi barədə məlumatların həqiqəti əks etdirmədiyini, Tehranın uzaqmənzilli raketlərin hazırlanmasında irəliləyiş əldə etdiyini göstərir.
Hind okeanındakı Dieqo Qarsiya adası ABŞ-ın bombardmançı təyyarələr, nüvə sualtı qayıqları və idarəolunan raketlərlə təchiz olunmuş esmineslər yerləşdirdiyi strateji baza kimi fəaliyyət göstərir.
**
saat 05.27
İran Hind okeanında yerləşən Dieqo Qarsiyadakı ABŞ-Britaniya birgə bazasına iki ballistik raket atıb.
APA xəbər verir ki, bu iddia “The Wall Street Journal” qəzetində dərc olunmuş hesabatda yer alıb.
Qəzetin mənbələrinə görə, raketlər hədəflərinə çata bilməyib. ABŞ ordusu raketlərdən birini ələ keçirmək üçün SM-3 raketi göndərib. Lakin bu əməliyyatın uğurlu olub-olmadığı məlum deyil.