İran Hörmüz boğazının açılması ilə bağlı şərtlərini ABŞ-a çatdırıb

İran hakimiyyəti Hörmüz boğazının açılması ilə bağlı şərtlərini vasitəçilər üzərindən ABŞ-a çatdırıb.

"Tasnim" agenyliyi xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının yeni katibi Möhsin Rzai bildirib.

Onun sözlərinə görə, İran ABŞ öz siyasətini dəyişməyənə və Tehranın irəli sürdüyü şərtləri qəbul etməyənə qədər Hörmüz boğazının açılmasına razı olmayacaq.

“ABŞ müharibəni dayandırmalı, İranın dondurulmuş vəsaitlərini qaytarmalıdır. Ümumilikdə regionda, o cümlədən Livan və Qəzzada müharibə dayandırılmalıdır. Bundan başqa, digər şərtlər də vasitəçilər vasitəsilə çatdırılıb”, – deyə Rzai bildirib.

Rzai həmçinin vurğulayıb ki, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı əldə olunan razılaşmanın boğazın açılması məsələsinə heç bir təsiri olmayacaq.