İran ilkin görüşdən sonra ABŞ ilə danışıqlar barədə qərar verəcək

İran nümayəndə heyəti Pakistan Baş naziri Şahbaz Şərif də daxil olmaqla, ilkin görüşlər zamanı danışıqlarla bağlı ABŞ-nin mövqeyini qiymətləndirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, Tehran Pakistan Baş naziri ilə görüşdə ABŞ-nin atəşkəs şərtlərini pozması məsələsini qaldıracaqlar.