İran İsrail Hərbi Hava Qüvvələrinin Tel Nof bazasına və İordaniyadakı Əl-Əzraq hava bazasındakı ABŞ qırıcılarına zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyi məlumat yayıb.
“İran ordusu dronlardan istifadə edərək bu gün səhər tezdən İsrail rejiminin Tel Nof hava bazasına, eləcə də Əl-Əzraq hava bazasındakı Amerika F-35 və F-15 qırıcı təyyarələrinin yerləşdiyi əraziyə zərbələr endirib”, - deyə, "Mehr" agentliyinin yaydığı məlumatda qeyd olunur.