İran öz hərbi obyektlərinə hücum edib - New York Times
17:49 29.01.2023
Dünya
429
“The New York Times” qəzeti İranın İsfahandakı hərbi infrastrukturunu vuran pilotsuz uçuş aparatlarının niyə İrandan buraxıldığını izah edir.
Trend-in nəşrdə dərc olunan məqaləyə istinadən verdiyi məlumata görə, hərbi zavod dörd vinti olan zərbə kvadrokopterlərinin hücumuna məruz qaldı, onların xüsusiyyəti qısa uçuş məsafəsinə malik olmasıdır.
"Yerli KİV-lər hücumda üç pilotsuz təyyarə iştirak etdiyini və 2021-ci ilin iyununda İran Atom Agentliyinin nüvə sentrifuqa zavoduna edilən hücuma və 2019-cu ilin avqustunda "Hizbullah"ın Beyrutdakı obyektinə edilən hücuma bənzədiyini bildirib. Son zərbə nəticəsində İsrail rəsmilərinin "Hizbullah"a raket istehsalı üçün həyati əhəmiyyət daşıdığını andlandırdığı avadanlıqlar məhv edilib", - deyə məqalədə bildirilib.
Bundan əlavə, qeyd edilib ki, İsfahan İranın beynəlxalq sərhədlərindən çox uzaqdadır və bu, bir daha göstərir ki, çox güman ki, PUA-lar İran ərazisindən buraxılıb.
Müəllif xatırladıb ki, hökumət hücum cəhdinin arxasında kimin dayandığını açıqlamayıb, lakin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli bəzi "Telegram" kanalları İsrailə işarə edib.
Bu arada, bazar gününə keçən gecə İranın hərbi infrastruktur obyektlərində silsilə güclü partlayışlar baş verib. Bir sıra şəhərlərdə hava xəbərdarlığı elan edilib.
"2023-cü il yanvarın 28-də axşam saatlarında Müdafiə Nazirliyinin mərkəzlərindən birinə pilotsuz uçuş aparatlarından istifadə etməklə uğursuz hücum həyata keçirilib. Onlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, digər ikisi isə qoruyucu tələyə düşərək partlayıb", - deyə İran Müdafiə Nazirliyindən bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks