İsrail Suriyaya hücumdan öncə Dəməşqi və ABŞ-ni məlumatlandırıb

İsrail Suriyadakı aerodroma zərbə endirməzdən əvvəl Dəməşqi məlumatlandırıb, ABŞ ilə kəşfiyyat məlumatlarını paylaşıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

“Ordu rəhbərliyi Türkiyənin İsrailin təhlükəsizliyini təhdid edə biləcək hərəkətləri ilə bağlı alınan kəşfiyyat məlumatlarını nəzərə alaraq, Suriyadakı Əbu Duhur aerodromuna zərbə endirməyi bir neçə dəfə tövsiyə edib. Hərbçilərlə bir neçə görüşdən sonra İsrailin Baş naziri Benyamin Netanyahu Əbu Duhura zərbə endirməmək üçün ən yüksək səviyyədə Suriya rejiminə birbaşa xəbərdarlıq edib. İsrailin xəbərdarlığı cavabsız qaldıqdan sonra Netanyahu orduya zərbə endirmək üçün icazə verib və zərbə uğurla həyata keçirilib”, - deyə nazir qeyd edib.

Katz əlavə edib ki, kəşfiyyat məlumatları ABŞ-nin müvafiq orqanlarına ötürülüb.

Daha əvvəl Netanyahunun ofisi Suriyanın Türkiyə qoşunlarının ölkənin şimalındakı aviabazada yerləşdirilməsinə icazə verməklə İsraillə təhlükəsizlik status-kvonu qırmağa yaxın olduğunu bildirmişdi. İsrail Hərbi Hava Qüvvələrinin 18 avqustda Suriyanın İdlib şəhərindəki Əbu Duhur hərbi aerodromuna hücum edib.