ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibə altıncı gününə daxil olub. Sherg.az xəbər verir ki, İran ordusu martın 4-də Hataya düşdüyü bildirilən raketlə bağlı açıqlama verərək Türkiyə ərazisinə doğru hər hansı raket atılmadığını bildirib. Tehran Türkiyənin suverenliyinə hörmət etdiyini vurğulayıb və iddiaları təkzib edib.
Bu arada regionda gərginlik davam edir. İran İnqilab Keşikçiləri Bəsrə körfəzinin şimalında ABŞ tankerini vurduqlarını açıqlayıb. İsrail ordusu isə Tehrana yeni hücum dalğası başladığını bildirib. ABŞ Senatı prezident Donald Trampın İrana qarşı hücumlarının Konqres təsdiqinə təqdim edilməsini nəzərdə tutan qanun layihəsini rədd edib.