Livan İsrailin şimalına dronlarla hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Media orqanının məlumatına görə, Livandan pilotsuz təyyarə hücumu barədə xəbərdarlıq siqnalları Yuxarı Qalileyanın bir neçə yaşayış məntəqəsində, Yarqa, Maalot Tarşiha və yaxınlıqdakı çoxsaylı şəhərlərdə eşidilib.
Sayt həmçinin ölkənin cənubunda İranın ən azı iki zərbə dalğası barədə məlumat verib. Dimonada və Negev səhrasının yaxınlığındakı şəhərlərdə hava hücumu sirenləri səsləndirilib.
Hücumlar zamanı heç bir itkinin olmadığı bildirilir.