İran XİN rəhbəri: Avropa köhnəlmiş təzyiq siyasətindən əl çəkməlidir
08:12 18.07.2025
Dünya
345
"Avropa köhnəlmiş təzyiq siyasətini kənara qoymalıdır".
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi “X” hesabında bildirib.
“Ötən gecə Avropa üçlüyünün (Britaniya, Fransa və Almaniya) xarici işlər nazirləri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla telekonfrans keçirdik. Mən açıq-aydın vurğuladım ki, iki il müzakirədən sonra ərsəyə gələn nüvə razılaşmasından (2015-ci ildə imzalanan razılaşma) geri çəkilən ABŞ-dır, o cümlədən bu ilin iyun ayında danışıqlar masasını tərk edib hərbi yolu seçən də ABŞ-dır, İran deyil. İstənilən yeni bir danışıq raundu sadəcə qarşı tərəfin ədalətli, balanslı və qarşılıqlı faydaya əsaslanan nüvə razılaşması üçün hazır olmasından asılıdır”, - Araqçi bildirib.
İran XİN rəhbəri Avropa üçlüyünün danışıqlarda iştirak etməsinin şərti olaraq bəyan edib ki, bu ölkələr İrana qarşı köhnəlmiş təzyiq siyasətindən əl çəkməlidir.
O, “snapback” sanksiyalar mexanizminin heç bir əxlaqi və qanuni əsasının olmadığını ifadə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət