30 saat ərzində İrana iki min mərmi atılıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.
Bildirilib ki, İran üzərində 700-dən çox uçuş həyata keçirilib.
Pilotlar hazırda ballistik raket buraxılış qurğularını, komanda mərkəzlərini və İranın hava müdafiə sistemlərini vururlar.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.