İranda kütləvi etirazlar davam edir

İranda hakimiyyətə qarşı kütləvi etiraz aksiyaları davam edir.

Teleqraf yerli KİV-lərə istinadən xəbər verir ki, paytaxt Tehran da daxil olmaqla ölkənin bir çox şəhərində keçirilən etirazlara 100 mindən çox insanın qatılıb.

Bildirilir ki, bəzi ərazilərdə silahlı toqquşmalar baş verib, ölən və yaralananlar var.

Məlumata əsasən, Karac şəhərində axşam saatlarında on minlərlə insan küçələrə çıxıb. Məşhəddə etirazçıların sayının 100 mini ötdüyü, Tehranda isə minlərlə insanın toplaşdığı qeyd olunur. Ölkənin şimalında yerləşən Qorqan şəhərində anti-hökumət nümayişçilərinin qubernatorun iqamətgahına daxil olaraq binanı yandırdığı, çox sayda polis avtomobilinin də od vurularaq sıradan çıxarıldığı bildirilir.

Qeyd olunur ki, etiraz aksiyaları ölkə üzrə 27 vilayətin 92 şəhərini əhatə edib. Son günlər ümumilikdə 285 nöqtədə etirazların keçirildiyi deyilir