İranda polis patruluna hücum olub, 3 nəfər ölüb

İranın Sistan və Bəlucistan vilayətinin Səravan şəhərində polis patruluna hücum edilib.

APA-nın Tehran bürosunun xəbərinə görə, hücumda üç polis ölüb.

Hadisəni törədənlərin tutulması üçün axtarışlar davam edir.