İranda prezident seçkisi:“Ən şanslısı İbrahim Rəisidir”
Banuçiçək Kalbalıyeva
14:00 14.06.2021
Dünya
574
İyunun 18-də İranda 13-cü prezident seçkiləri keçiriləcək. Mayın 28-dən başlayaraq namizədlər təbliğat kampaniyası aparırlar. Təbliğat kampaniyası iyunun 16-dək davam edəcək. İyunun 17-də sükut günü olacaq, növəbti gün isə seçkilər baş tutacaq.
İranda 59 milyon 310 min 307 nəfər səsvermə hüququna malik insan var. Onlar ölkə üzrə 72 min səsvermə məntəqəsində seçkilərdə iştirak edə bilərlər.
Politoloq Sədrəddin Soltan İranda seçkilərin nəticəsi barədə proqnozlarını “Sherg.az”la bölüşdü:
“Yeddi namizəddən ən şanslısı İbrahim Rəisidir. O, hakimiyyətə ən yaxın siyasi fiqurdur. Həmçinin Ayətulla Seyid Əli Xamneyin ən yaxın adamıdır. Buna görə də hakimiyyətin dayaqları, o cümlədən mühafizəkar xətt məhz onu dəstəkləyir.
Həmçinin tutduğu vəzifə İbrahim Rəisi üçün əlavə avantajdır. İranda 60 milyon seçicinin böyük əksəriyyəti seçkilərə əhəmiyyət vermir.
Çünki əvvəlki illərdə müqayisədə bu dəfə qızğın debatlar, müzakirələr olmadı. Siravi seçicilər seçkilərə gəlməsə belə, güc strukturlarının əməkdaşlarının iştirakı ilə seçkilər keçiriləcək. Məlum olduğu kimi, həmin şəxslər də mühafizəkar xəttin tərəfdarlarıdırlar.
Bu da Rəisinin şanslarını artırır. Düzdür, insanlar onu çox sevmirlər, amma rejim məhz adını çəkdiyim namizədin tərəfindədir. Böyük ehtimalla İbrahim Rəisi prezident seçiləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Yaxın Şərqdə geniş atəşkəs çağırışı edib
23:40 18.06.2026
Gündəm
Bakı–Naxçıvan reysləri ləğv edilib
23:18 18.06.2026
İnfrastruktur
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
22:57 18.06.2026
Dünya
Neymar Haiti ilə oyunu buraxacaq
22:36 18.06.2026
Futbol
Putinin köməkçisi: Türkiyə platforma təmin etməyə hazırdır!
22:20 18.06.2026
Aktual
ABŞ İranın raket gücünü məhdudlaşdırmaq istəyir
21:30 18.06.2026
Dünya
Vens: ABŞ İranla razılaşmadan sonra hərbi qüvvələri geri çəkəcək
20:47 18.06.2026
Dünya
Pezeşkian Qətər Əmirinə təşəkkür edib
20:22 18.06.2026
Gündəm
ABŞ İranla bağlı dəniz blokadasını faktiki olaraq ləğv edib
20:11 18.06.2026
Gündəm
İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
20:00 18.06.2026
Region
Netanyahu: İsrail qoşunları hələlik Cənubi Livandan çıxmayacaq
19:50 18.06.2026
Dünya
Sosial media, yoxsa valideyn nəzarəti?
19:34 18.06.2026
Texnologiya
Şahbaz Şərifin İsveçrə səfəri ləğv edildi
19:20 18.06.2026
Dünya
Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir
19:13 18.06.2026
Gündəm
Ukrayna ilə bağlı danışıqların vaxtıdır - Vadeful
18:18 18.06.2026
Dünya