İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) pilotsuz uçuş aparatı (PUA) bütün tapşırıqlarını uğurla yerinə yetirib və əlaqə kəsilməzdən əvvəl lazımi məlumatları ötürüb.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, İran hakimiyyəti hazırda PUA ilə əlaqənin kəsilməsinin səbəbini müəyyən edə bilmir və araşdırma aparılır. Mənbə qeyd edib ki, “Şahed-129” dronu normal və qanuni missiyasının bir hissəsi olaraq açıq sularda kəşfiyyat və fotoçəkilişlər aparırmış.
Qeyd edək ki, ABŞ hərbçiləri Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcıya yaxınlaşan İran PUA-sını məhv edib.