İranın İsrailə həyata keçirdiyi son raket hücumları nəticəsində azı 2 nəfər həyatını itirib, bir çox ərazidə ciddi maddi ziyan yaranıb.
Sherg.az xəbər verir ki, məlumata görə, hücumlar zamanı Təl-Əviv və ətraf bölgələr hədəf alınıb. Raketlərin qarşısı alınarkən qəlpələr də daxil olmaqla təxminən 20 nöqtəyə düşmə qeydə alınıb.
Hücum nəticəsində Ramat Gan bölgəsində yaşayan 2 nəfərin öldüyü bildirilib. Yaralananların da olduğu qeyd olunur.
Zərbələr zamanı şəhərin müxtəlif hissələrində, o cümlədən Bnei Brak ərazisində binalara ziyan dəyib.