
İranın İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyat aparma ehtimalı aşağıdır -TƏHLİL
11:24 05.04.2024
Dünya
557
İsrail rəsmiləri İranın Suriyadakı konsulluğuna hücumdan sonra Tehranın onlara hücum edə biləcəyini göstərən kəşfiyyat məlumatlarına malik olduqlarını bildiriblər.
Bu barədə “Axios” qəzeti məlumat yayıb.
Məlumata görə, İran öz ərazisindən raket və ya dronlarla hücum edə bilər.
Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Solton vurğulayıb ki, İran İsrailə qarşı onsuz da müharibə aparır. Yəni Livandakı Hizbullah, Husilər və SEPAH-ın Suriyadakı quruplaşmaları olan “Fatimiyyun”, “Zeynəbiyyun” ilə prosesi davam etdirir:
“İrana məxsus binada generallar və yüksək rütbəli zabitlərin İsrailin raket atəşi səbəbiylə ölməsi rəsmi Tehranın proksi qüvvələr vasitəsilə İsrailə qarşı apardığı savaşın nəticəsidir. Onlar, İran ərazisindəki hərbi və yaxud mülki obyektə hücum nəticəsində deyil, başqa bir ölkədə yerləşən binaya raket zərbələrinin endirilməsi nəticəsində dünyalarını dəyişiblər. Ona görə də İranın İsrailə birbaşa müharibə cəbhəsi açması ehtimalı azdır. Amma İran hakimiyyəti yuxarıda sadaladığımız qüvvələr vasitəsilə İsrail ərazisinə raket zərbələrini genişləndirə və hansısa ölkədə terror aktı törədə bilər. Eyni zamanda rəsmi Tehranın İsrailə məxsus diplomatik missiya və nümayəndəliklərinin binalarına hücumlar təşkil etmə ehtimalı da var. Yəni İranın İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyat aparma ehtimalı aşağıdır”.

Ekspert qeyd edib ki, İran və İsrail arasında qarşıdurmanın bitməsi üçün Tehran hakimiyyətinin yəhudi dövlətinə qarşı münasibətinin dəyişməsi lazımdır:
“İran hakimiyyəti İsraili dünyanın siyasi xəritəsindən silmək üçün yürütdüyü “İsrailə ölüm” şüarından əl çəkmədiyi halda iki ölkə arasında qarşıdurma mövcud olacaq. Digər tərəfdən qarşıdurmanın normal dövlətlərarası ticarət və siyasi rəqabətə keçməsi üçün İranda hakimiyyətin dəyişməsi vacibdir. Mövcud hakimiyyətin İranı dini və ideoloji siyasətlə idarə etdiyi müddətcə İsrailə qarşı münasibət dəyişməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya
“Sədaqətin Sükutu” adlı layihə çərçivəsində tədbir keçirilib
14:01 18.05.2026
Ölkə
Məsud Pezeşkian: Yalandan düşmənin məhv olduğunu iddia etməməliyik
14:00 18.05.2026
Region
Paşinyanın son açıqlaması Bakının mövqeyinə uyğundur - ŞƏRH
12:47 18.05.2026
Gündəm
ABŞ Prezidenti İranın təkliflərindən məmnun deyil
12:39 18.05.2026
Gündəm