NATO Kosovodakı hərbi kontingentini azaltmağa başlayıb

NATO təhlükəsizlik vəziyyətinin yaxşılaşması ilə əlaqədar Kosovodakı hərbi kontingentinin sayını azaltmağa başlayıb.

APA xəbər verir ki, bu barədə alyansın sözçüsü Ellison Hart məlumat verib.

O bildirib ki, hərbi mövcudluq hazırkı təhlükəsizlik şəraitinə uyğunlaşdırılır.

Hart onu da qeyd edib ki, qərar geri dönə biləndir və zərurət yaranarsa, NATO bölgədəki qüvvələrinin sayını yenidən artıra bilər.