Kylian Mbappe eşqə düşüb: Romantik anlar yaşadı

"2026 Dünya Kuboku"nun bombardiri Kylian Mbappe sevgilisi Ester Exposito ilə İbizada lüks yaxtada romantik istirahət keçirərkən görüntülənib.

Sherg.az xəbər verir ki, “Real Madrid” və Fransa millisinin ulduzu dostlarının da iştirak etdiyi yaxta gəzintisi zamanı sevgilisi ilə romantik anlar yaşayıb. Cütlük günəşin və dənizin dadını çıxarıb, bir-birinə sarılıb və öpüşüb.

Mbappe və Exposito daha sonra birlikdə su motosikletinə minərək əyləncəli anlar yaşayıblar.

Qeyd edək ki, Mbappe "2026 Dünya Kuboku"nda 10 qolla “Qızıl Butsa” mükafatını qazanıb. Fransa millisinin hücumçusu dünya çempionatlarında ümumilikdə 22 qola çataraq turnir tarixinin ən məhsuldar futbolçusu olub.