İranın məxfi raket bazasında partlayış: güclü dağıntılar var
Yusif Nəzərli
12:03 01.10.2021
Dünya
794
İranın İnqilab Keşikçiləri Korpusunun Tehran yaxınlığındakı məxfi raket bazasında bir neçə gün əvvəl baş vermiş sirli partlayışın görüntüləri yayılıb.
"Sherg.az" virtualaz.org-a istinadən xəbər verir ki, özəl İsrail kəşfiyyat şirkəti "ImageSat International" məxfi obyektin peykdən partlayışdan əvvəl və sonra çəkilmiş görüntülərini yayıb. Görüntülərə əsasən obyekt sentyabrın 22-də salamat görünsə də sentyabrın 22-də onun bir blokunda ciddi dağıntı görünür.
Söhbət İnqilab Keşikçiləri Korpusunun "Shahid Hemmat Industrial Group" şirkətinin zavodundan gedir. Bu şirkət İranın ballistik raketlər proqramının bir hissəsidir, "Shahab-3" və "Qədr" uzaqmənzilli ballistik raketlərini istehsal edir.
Peyk görüntülərinə əsasən zavodun binasının ən azı dörddə biri tam dağılıb, hərçənd dağıntının miqyası daha böyük ola bilər. Çünki binanın damının bütün konstruksiyası boyu zədələr görünür.
İnqilab Keşikçiləri Korpusu bu həftənin bazar ertəsi Tehran yaxınlığındakı "araşdırma mərkəzlərindən" birində "yanğın baş verdiyini" açıqlayıb və Korpusun iki əməkdaşının aldığı xəsarətlərdən öldüyünü bildirib. Lakin həmin obyektin adını açıqlamayıb.
İranın raket və nüvə proqramlarına aid olan obyektlərdə vaxtaşırı olaraq bu cür şübhəli partlayışlar və yanğınlar baş verir. Bütün hallarda əsas şübhələr İsrail kəşfiyyatının üzərinə yönəlir. Belə hadisələrdən ən irimiqyaslı olanı 2011-ci ildə baş vermişdi. Tehran yaxınlığındakı yeraltı raket bazasında baş vermiş partlayış nəticəsində İnqilab Keşikçiləri Korpusunun raket proqramına rəhbərlik edən general Həsən Tehrani Müqəddəm və daha 16 yüksək rütbəli zabit həlak olmuşdu. Həmin partlayışı İsrail kəşfiyyatının törətdiyi bildirilirdi.
Sonuncu hadisəyə gəldikdə isə peyk fotolarına əsasən raket zavodunda baş vermiş dağıntıların xarakteri obyektə raket zərbəsinin endirildiyini də təxmin etməyə əsas verir. Həm də istisna deyil ki, hədəf binanın yerüstü hissəsi deyil, yeraltı hissəsi olub. Bu baxımdan dağıntıların miqyasının daha çox olduğu istisna deyil. Bəzi Rusiya mənbələri obyektdə nüvə başlıqlarının da olduğunu iddia edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm