“Donald Tramp “Birinci Amerika” şüarı ilə hakimiyyətə gəlsə də, praktikada ABŞ-ni İsrailin yeddinci əyalətinə çevirib”.
Teleqraf xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmmədrza Arif deyib.
İran rəsmisinin fikrincə, ABŞ vətəndaşları ölkələrinin müstəqil olmamasından narahatdır.
“Heç bir strategiyası olmayan və işləri üçün nə düşüncə, nə də planı olan Donald Trampdan fərqli olaraq, bizim həm aydın strategiyamız, həm də qısa və uzunmüddətli hazır planlarımız var”, - Arif əlavə edib.