Tailand bayrağı altında üzən və martın 11-də İran tərəfindən atılan mərmilər nəticəsində zədələnən yük gəmisində insan cəsədinin qalıqları tapılıb. Qalıqların kimə məxsus olduğu hələ müəyyən edilməyib.
Axar.az “Əl-Şərq əl-Avsət” qəzetinə istinadən xəbər verir ki, İran adalarından birində saya oturan “Mayuri Naree” adlı gəmidə itkin düşmüş üç gəmiçinin tapılması üçün axtarış-xilasetmə qrupları cəlb edilib.
Qeyd edək ki, Hörmüz boğazından keçən zaman baş verən hücumdan sonra gəmidə olan digər 20 ekipaj üzvü təxliyə edilib.