İranla münaqişə bir neçə həftəyə başa çatacaq - Rayt

İranla münaqişə yaxın bir neçə həftə ərzində başa çatacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt deyib.

“Düşünürəm ki, bu münaqişə yaxın bir neçə həftə ərzində, bəlkə də daha tez başa çatacaq”, - Rayt bildirib.

Qeyd edək ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata 28 fevralda başlayıb.