İraqda partlayışlar baş verib

İraqın şimalında yerləşən Ərbil şəhərində ən azı dörd partlayış baş verib.

Sherg.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb. Bildirilir ki, partlayışlar regionda artan gərginlik fonunda baş verib. Hadisənin səbəbi, eləcə də ölən və yaralananlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, ABŞ həmin gecə İrana qarşı yeni hava zərbələrinə başlayıb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl Tehrana qarşı genişmiqyaslı hücumların həyata keçiriləcəyini bəyan etmişdi. Buna cavab olaraq İran da Yaxın Şərqdəki ABŞ obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.