İraqdan sərt xəbərdarlıq: Ərazimizdən qonşulara hücuma icazə verilməyəcək

Məhəmməd Şiya əs-Sudani bildirib ki, İraq ərazisinin qonşu dövlətlərə qarşı hücum üçün istifadə olunmasına icazə verilməyəcək.

Sherg.az xəbər verir ki, İraq Baş nazirinin mətbuat ofisinin məlumatına görə, Sudani bu barədə Neçirvan Barzani ilə telefon danışığında deyib. Söhbət zamanı bölgədə davam edən hərbi əməliyyatlar və onların İraqa təsiri müzakirə olunub.

Sudani həmçinin bəzi İraq şəhərləri və İraq Kürd Regional Hökuməti ərazisinin hədəfə alınmasını qətiyyətlə pisləyib.

Bu arada İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hatemül-Ənbiya qərargahı bəyan edib ki, İran sərhədləri boyunca bütün hərəkətlərə nəzarət edir və ölkəyə qarşı istifadə olunan istənilən məntəqə hədəfə alınacaq.