İrəvanda Gürcüstan nömrəli avtomobillərin sürücüləri aksiya keçiriblər
Yusif Nəzərli
04:30 28.08.2023
Dünya
428
Ermənistanın paytaxtı İrəvanda 300-dən çox sürücü aksiya keçirib.
“Report” xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.
Etirazçılar Dövlət Gəlirləri Komitəsinin rəhbərliyindən onların tələblərini dinləyib yerinə yetirməyi tələb edib.
Aksiyaçılardan biri bildirib ki, yeni qəbul olunacaq qanuna əsasən ölkəyə Gürcüstan avtomobillərinin nömrə nişanları ilə daxil olarkən Ermənistan vətəndaşları və ikili vətəndaşlığı olanlar avtomobilin qiymətindən iki-üç dəfə artıq olan gömrük rəsmiləşdirilməsinə görə bütün məbləği ödəməlidirlər. Etirazçılar qanunun qəbul olunmasının əleyhinə çıxıblar.
“Qanun hələ müzakirə mərhələsində olduğundan qəbuluna mane olmaq üçün birləşmişik. Çünki biz Gürcüstandan daha çox yeni maşın gətirə bilirik, son vaxtlar iki dəfə artmış illik dövlət rüsumunu ödəyə bilirik, əvvəllər eyni maşına 250 000 dram ödəyirdiksə, indi 500 000 dram ödəməliyik. Yəni, əgər biz artıq maşın almışıqsa, onda gərək Gürcüstanda ucuz qiymətə sataq ki, bu avtomobildən xilas olaq”, - etirazçılardan biri deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət