Roma Papası XIV Lev Pit Hegsetin ABŞ-nin “İsa naminə” döyüşməsi ilə bağlı sözlərini rədd edib.
Sherg.az xəbər verir ki, Roma Papası XIV Lev bildirib ki, hərbi üstünlük “İsa Məsihin yoluna yad bir anlayışdır”. O, bunu ABŞ-ın Yaxın Şərqdə əməliyyata “İsa Məsihin adı ilə” başladığını deyən Pentaqon rəhbəri Pit Hegsetin açıqlamasından sonra vurğulayıb.
“Biz çox vaxt üstünlük qazandıqda özümüzü güclü, bərabərlərimizi məhv etdikdə qalib, bizdən qorxulduqda isə böyük hesab etməyə meylliyik”, -deyə Roma Papası Pasxa ərəfəsindəki xütbəsində bildirib.
Martın 30-da möminlərə müraciətində Roma Papası XIV Lev qeyd edib ki, Tanrı münaqişələri alovlandıran və “əlləri qana bulaşmış” liderlərin dualarını qəbul etmir. O əlavə edib ki, İsanın adından heç bir müharibəni əsaslandırmaq üçün istifadə etmək olmaz.