İspaniya məhkəməsi "Meta"nı yarım milyard avro cərimələdi

İspaniyada media şirkətlərinin sosial media nəhəngi "Meta"ya qarşı iddiası təmin edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Madrid məhkəməsi Amerika şirkətini media qurumlarına təqribən yarım milyard avro təzminat ödəməyə məcbur edib.

"Meta" internet istifadəçilərinin şəxsi məlumatlarını pozaraq ədalətsiz bazar üstünlüyündən istifadə edib.

"Instagram" və "Facebook"u özündə birləşdirən "Meta" 81 İspaniya media orqanına 481 milyon avro (554 milyon dollar) təzminat ödəməli olacaq.

"Meta" İspaniyanın onlayn media orqanları ilə müqayisədə üstünlük əldə edib. "Meta"nın hərəkətləri İspaniyanın rəqəmsal media orqanlarının onlayn reklam gəlirlərinə zərər vurdu" - məhkəmənin bəyanatında deyilir.