İspaniyanın Vilyena şəhərində muzeydən "Vilyena xəzinələri" kimi tanınan Tunc dövrünə aid qızıl kolleksiyası oğurlanıb.
"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Naməlum şəxslər arxeologiya muzeyini qarət edib və kolleksiyadan 50-dən çox əşyanı oğurlayıblar.
"Vilyena muzeyində siqnalizasiya səhər saat 5:20 radələrində işə düşüb. Oğrular saat 5:24-də binanı tərk ediblər. Çox sürətli və çox peşəkar əməliyyat olub", - şəhər şurasının nümayəndəsi bildirib.
Oğurlanmış eksponatlar arasında: 29 qolbaq, 11 kasa, üç butulka və digər əşyalar var. Onların əksəriyyəti qızıldan hazırlanıb.
Şəhərin meri Fulgensio Serdan qeyd edib ki, oğurlanmış əşyalardakı qızılın dəyəri təxminən 1,7 milyon avro təşkil edib.