İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb

İsrail və Livan arasında birbaşa danışıqların yeddinci raundu avqustun 4-də İtaliyanın paytaxtı Romada keçiriləcək.

"Times of Israel"in məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani parlamentdə çıxışı zamanı bildirib.

“Avqustun 4-də dialoqun növbəti raundunu keçirəcəyik”, – deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, qarşıdakı görüş iyulun 14-də Romada İsrail və Livan nümayəndə heyətləri arasında keçirilmiş görüşdən sonra başlanmış danışıqlar prosesinin davamı olacaq.