İsrail Livana qarşı heç bir ərazi iddiası olmadığını bəyan edib

İsrail Livanda ərazi ələ keçirməyə çalışmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar mətbuat konfransında bildirib.

"İsrailin Livanda heç bir ərazi iddiası yoxdur. Bizim orada mövcudluğumuz bir məqsədə xidmət edir: vətəndaşlarımızın qorunmasına".

Saar əlavə edib ki, Hizbullah və Fələstin terrorçu qrupları da daxil olmaqla digər terror təşkilatları məhv edildikdən sonra İsrailin artıq bu bölgələrdə mövcudluğunu qorumağa ehtiyacı olmayacaq.

Hizbullahla atəşkəs razılaşmasının 17 apreldə qüvvəyə minməsindən sonra İsrail qoşunlarının fəaliyyət göstərdiyi sərhəd boyunca təxminən 10 kilometr dərinlikdə yerləşən Livan ərazisini "Sarı Xətt" zolağı elan edib.

Atəşkəsə baxmayaraq, İsrail və Hizbullah bir-birini atəşkəsi pozmaqda ittiham edərək qarşılıqlı hücumları davam etdirirlər.