İsrail ordusu Livanın cənubunda “Hizbullah”a məxsus hədəflərə zərbə endirib.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Zərbələrlə Radvan xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hədəfləri, eləcə də Livanın cənubundakı bir neçə silah anbarını hədəf alınıb.
"İsrail ordusunun siyasi rəhbərliyinin təlimatlarına uyğun olaraq İsrail vətəndaşlarına və İsrail Müdafiə Qüvvələri heyətinə qarşı təhdidlərə qarşı qətiyyətli tədbirlər görməyə davam edəcək", - məlumatda deyilir.