İsrail Suriyanı vurdu: Rəsmi Dəməşqdən sərt reaksiya...
Yusif Nəzərli
05:41 03.04.2025
Dünya
379
İsrailin ölkə daxilinə endirdiyi ölümcül hava zərbələri Suriyanın suverenliyinin kobud şəkildə pozulması deməkdir.
Axar.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
“Beynəlxalq hüququ və Suriyanın suverenliyini açıq-aşkar pozaraq, İsrail qüvvələri ölkənin 5 məntəqəsinə hava zərbələri endirib. Bu əsassız eskalasiya Suriyada sabitliyi pozmaq üçün məqsədyönlü cəhddir”, - məlumatda vurğulanıb.
Qeyd edilib ki, zərbələr Həma əyalətindəki hərbi hava limanının tamamilə dağıdılması ilə nəticələnib, onlarla mülki şəxs və hərbçi yaralanıb, 10 nəfər həlak olub.
Suriya XİN zərbələrin ölkənin 14 illik müharibədən sonra yenidən qurulmağa çalışdığı bir vaxtda baş verdiyini vurğulayır və bunu “ölkə daxilində zorakılığı adiləşdirmək strategiyası” adlandırır.
İsrail Müdafiə Nazirliyinin açıqlamasına görə, bir neçə silahlı şəxs gecə saatlarında Suriyanın cənubundakı Tasil şəhərində yerləşən İsrail əsgərlərinə atəş açıb. İsrail hərbçiləri bundan sonra cavab atəşi açıb və bir neçə silahlı şəxsi yerdən və havadan məhv ediblər.
Xatırladaq ki, Tasil İsrail-Suriya sərhədi boyunca silahsızlaşdırılmış bufer zonasından kənarda yerləşir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya