İsrail terror hücumlarından sonra vətəndaşların silah almasını asanlaşdırır
08:41 29.01.2023
Dünya
375
Yeni terror aktları dalğası fonunda İsrail hökuməti vətəndaşların silah əldə etmələrini asanlaşdırmaqla ekstremizmlə mübarizə tədbirlərini gücləndirmək qərarına gəlib.
Bu barədə Baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
Tədbirlər haqqında qərar Nazirlər Kabinetinin Təhlükəsizlik Məsələləri üzrə iclasında qəbul edilib.
Netanyahu vurğulayıb ki, İsrail Qüdsdəki terror hücumlarına sərt, sürətli və dəqiq cavab verəcək.
“Nazirlər Kabineti yanvarın 28-də terrorizmlə mübarizə üzrə bir sıra tədbirlər, terrorçuların və onları dəstəkləyənlərə qarşı mübarizə haqqında qərar qəbul edib", - İsrail Baş nazirinin bəyanatında deyilir. (azərtac)
Beləliklə, qanuna tabe olan israillilər üçün silah gəzdirmək üçün icazələrin alınması proseduru sadələşdiriləcək.
Bundan əlavə, ordu və polis bölmələrinin gücləndirilməsi, saxlanılma praktikasının və qanunsuz saxlanılan silahların ələ keçirilməsi üçün məqsədyönlü əməliyyatların genişləndirilməsi nəzərdə tutulur.
Siyahıdan daha üç tədbir terrorçulara və onlara rəğbət bəsləyənlərə şamil edilir. Məsələn, terrorçuluq fəaliyyətini dəstəkləyən şəxslərin və onların ailələrinin sığorta hüququ və müavinətləri ləğv edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya