İsrail və Almaniya razılığa gəliblər
Yusif Nəzərli
22:28 17.03.2024
Dünya
485
İsrailə səfər edən Almaniyanın baş naziri Olaf Şolz Netanyahu ilə görüşlərindən sonra Qərbi Qüdsdə ortaq mətbuat konfransı keçirib.
Sherg.az xəbər verir ki, Şolz ilə görüşünə toxunan Netanyahu, "dostlar arasında çox ciddi, əhəmiyyətli bir görüş keçirdiklərini" ifadə edərək, "Həmas-ın aradan qaldırılması mövzusunda da razılaşdıq" - deyib.
HƏMAS-ın Qəzzada qalmasına icazə veriləcəyi təqdirdə yenidən toparlanacağını və Qəzzanı ələ keçirəcəyini bildirən Netanyahu, alman həmkarının ondan Qəzzada mülki əhalinin qorunması üçün daha çox işlər görməsini və fələstinlilər üçün Qəzza zolağına daha çox humanitar yardımın daxil olmasına icazə verməsini istədiyini bildirib.
Netanyahu “İsrail mülki insanları qorumağa çalışır və məskunlaşan ərazilər uğrunda gedən döyüşlər zamanı Qəzza zolağında yardım paylanmasının çətin olduğunu” iddia edib.
Ordunun Rəfaha hücumu zamanı bölgədə mülki şəxsləri saxlamayacaqlarını söyləyən Netanyahu qeyd edib ki, məqsəd Rəfahda qalan HƏMAS batalyonlarını məhv etmək, mülki əhalinin Rəfahı tərk etməsini təmin etməkdir.
İsrailin baş naziri iddia edib ki, İsrail ordusu mülki əhalinin ölümünü azaltmaq üçün əlindən gələni edib.
Almaniya kansleri Olaf Şolz da İsraildəki görüşlərindən sonra Qəzzaya davamlı olaraq daha çox humanitar yardım axınının lazım olduğunu bildirib.
Şolz qeyd edib: “Bu gün İsrail baş naziri ilə Qəzzaya humanitar yardımların artırılması məsələsini müzakirə etdim. Biz fələstinlilərin aclığın qarşısını alacağıq. Biz xalqın əzab çəkməsinə baxa bilmərik. Bu, biz deyilik. Davamlı olaraq daha çox yardım göstərilməlidir. Baş nazirə yardımların çatdırılmasının vacibliyini çatdırdım".
Şolz, regional münaqişənin nəticələrinin ağır olacağını və Hizbullahın İsrailin şimalındakı bölgədən bu il geri çəkilməli olduğunu bildirib.
İşğal altındakı İordan çayının qərb sahili və Qəzza zolağının idarəsinin Fələstin rəhbərliyinə tabe olmasınə vurğulayan Şolz, Fələstin rəhbərliyinin həm kadr, həm də struktur baxımından yenidən təşkilinin əhəmiyyətinə toxunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı
02:50 08.08.2026
İqtisadiyyat
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region