"Bakı Metropoliteni" QSC-nin “İçərişəhər–Həzi Aslanov” sahəsində qatarların hərəkəti təmirdən əvvəlki qaydada bərpa olunub.
Sherg.az xəbər verir ki, bununla da "Həzi Aslanov" - "Əhmədli" mənzilindəki məkik hərəkət ləğv edilib.
Qeyd edək ki, "Həzi Aslanov" metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə 2024-cü il noyabrın 30-dan başlanılmışdı.