ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında atəşkəsin üç həftə uzadılacağını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev lideri "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"Yaxın gələcəkdə İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyirəm Bu tarixi görüşdə iştirak etmək böyük şərəf olar",- deyə Tramp əlavə edib.