
İsrailin druz sevdası: Bu cür addımlar Suriyanın daxili işlərinə müdaxilədir
12:29 16.07.2025
Dünya
552
İsrail, ABŞ, Suriya və Türkiyə arasında birgə danışıqlar nəticəsində bu məsələlərin həll oluna bilər
İsrailin müdafiə naziri İsrael Katz ordunun Suriya hökumət qüvvələrini hədəfə almağa davam edəcəyini deyib. “Times of Israel” Katzın Suriya hökumət qüvvələrini Suveyda şəhərini tərk etməyə çağırdığı barədə xəbər yayıb. Xəbərə görə o, İsrailin Suriyadakı druzları tək qoymayacağını bildirib və bölgənin demilitarizasiyasını təmin edəcəyini bəyan edib. Suriya mediası isə atəşkəs elan olunmasından sonra yenidən qarşıdurmaların başladağına dair məlumatlar yayıb. Məlumatda hökumət qüvvələri və druzlar arasında Suriyanın cənubundakı Suveyda şəhərində toqquşmalar başladığı qeyd olunub.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Sherg.az-a açıqlama verib:

"Suriyada dini konfensiyalar arası toqquşma nəticəsində əsasən druzların yaşadığı Əs-Süveyda şəhərində Suriya Milli Təhlükəsizlik Qüvvələrinin 18 əməkdaşı həlak olub. Bazar günü başlayan toqquşmada həmin qüvvələr şəhərə yeridilib və döyüşün böyüməməsi üçün tədbirlər görməyə çalışıblar.
Druzlarla Bədii (Beduin) qəbiləsi arasında olan münaqişəyə görə bir aydan artıqdır ki, mübahisələr davam edirdi. Nəticədə də toqquşma baş verdi. Hadisələr zamanı druzların dini lideri Şeyx Hikmət əl-Hicri Dəməşqlə danışıqların alınmadığını və onların hökumət qüvvələri ilə sona qədər döyüşəcəklərini bildirib. Bu işdə də qadın, kişi, qoca, cavan-hamının sona qədər mübarizə aparacağını qeyd edib. Artıq İsrail də həmin yerə tanklarını göndərib və təcili olaraq Suriya hökumət qüvvələrinin həmin ərazidən çıxarılmasını tələb edir. Çünki onlar "biz druzları tək qoymayacağıq" deyərək onlara dəstək nümayiş etdirirlər".
Politoloq vəziyyətin olduqca gərgin olduğunu bildirib:
"Bəşər Əsəd rejimi devriləndən sonra İsrailin Suriyanın daxilində hərbi obyektlərə və müəyyən ərazilərə yönəlmiş həmlələri var. Onlar xüsusilə Colan təpələrini öz nəzarətlərində saxlasalar da başqa ərazilərə də əl uzadırlar. Bu da, təbii ki, Suriya hökuməti tərəfindən ciddi tənqid olunur. Lakin hazırda İsrail qüvvələrini öz ərazilərindən çıxarmaq üçün onların kifayət qədər qüvvəsi yoxdur.
İsrailin bu cür addımlar atması Suriyanın daxili işlərinə müdaxilədir. Türkiyə də İsrailin bu mövqeyini ciddi şəkildə tənqid edir və digər dövlətlərlə danışıqlar aparır. Münaqişə daha da dərinləşə bilər. ABŞ Suriyada konsensusa nail olmağa çalışır və hesab edir ki, ölkə sanksiyalardan azad edilərək inkişaf etdirilməlidir. Lakin görünür ki, müəyyən qüvvələr, o cümlədən İsrail Suriyanın daxili işlərinə müdaxilə edir. Duruzların onlara yaxın olduğunu və onları kiminsə incidəcəyinə yol verməyəcəklərini bildirirlər. Bu məsələlər həllini tapana qədər gərginlik davam edəcək".
Ekspert sonda İsrail, ABŞ, Suriya və Türkiyə arasında birgə danışıqlar nəticəsində bu məsələlərin həll oluna biləcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə